Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir
Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında CEV-in Tibb Nümayəndəsi (Medical Delegate) kimi fəaliyyət göstərir.
QELEBE.AZ xəbər verir ki, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda V.Kazımova iştirakçıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, tibbi xidmətlərin təşkilinə və yarış zamanı müvafiq məsələlərin koordinasiyasına nəzarət edir.
CEV-in Tibb Komissiyasının üzvü olan azərbaycanlı mütəxəssis turnir çərçivəsində tibbi protokolların icrasını və zəruri tibbi tədbirlərin təşkilini də koordinasiya edir.

https://mail.qelebe.az//uploads/photo/vusale-kazimova-avropa-chempionatinda-tibbi-tehlukesizliye-nezaret-edir.webp