"Şahdağ Qusar"dan növbəti transfer
"Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, I Liqa təmsilçisi Azad Əsgərovu heyətinə qatıb.
20 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Azadın son klubu “Səbail” olub.

https://mail.qelebe.az//uploads/photo/quotshahdag-qusarquotdan-novbeti-transfer.webp