Kadiyə 3 oyunluq cəza - "QARABAĞ" ÜÇÜN CİDDİ İTKİ

Kadiyə 3 oyunluq cəza - "QARABAĞ" ÜÇÜN CİDDİ İTKİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

QELEBE.AZ xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının III turunda yaşanan hadisələr müzakirə olunub.

“Sumqayıt” – “Qarabağ” oyununun 31-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmayacaq.

“Qarabağ” komandası 3000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin olunub.