Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq

Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq

Argentina Futbol Assosiasiyası milli komanda karyerasını başa vuran Lionel Messiyə jest edəcək.

QELEBE.AZ xəbər verir ki, həftəsonu ölkə çempionatının bütün səviyyələrində keçiriləcək matçlar 10-cu dəqiqədə bir dəqiqəlik dayandırılacaq.

Bu müddətdə azarkeşlər karyerasının böyük hissəsində “10” nömrəli formanı geyinən Messini alqışlayacaqlar.

Təşəbbüs ilk dəfə Argentina Kubokunda keçirilən “Veles Sarsfild” – “Boka Xuniors” matçında həyata keçirilib.

Bundan başqa, qərara əsasən, hər qarşılaşmadan əvvəl stadionların ekranlarında Argentina Futbol Assosiasiyasının Messi ilə bağlı hazırladığı rəsmi video nümayiş etdiriləcək.