"Baku Sportinq"dən yeni transfer

"Baku Sportinq"dən yeni transfer

“Baku Sportinq” növbəti transferini rəsmiləşdirib.

QELEBE.AZ xəbər verir ki, mərkəz hücumçusu Ali Babei heyətə cəlb olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha öncə “Sepahan”, “Anakara Keçiörengücü”, “Ferizaj”, “Dukaqjini” və “Səbail” kimi klublarda çıxış edən futbolçu artıq I Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, I Liqada yeni mövsümə bu gün start veriləcək. “Baku Sportinq” ilk turda “Karvan-Yevlax”la qarşılaşacaq.