Noyer Çempionlar Liqasında üçüncü pilləyə yüksəlib

Noyer Çempionlar Liqasında üçüncü pilləyə yüksəlib

“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqası tarixində ən çox oyun keçirən futbolçular sırasında üçüncü yerə yüksəlib.

QELEBE.AZ xəbər verir ki, almaniyalı qolkiper “Atletiko” ilə səfər matçında meydana çıxmaqla turnirdəki oyunlarının sayını 164-ə çatdırıb.

Bu göstəricidə rekord Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı ulduz Çempionlar Liqasında 183 qarşılaşmada iştirak edib.

Qeyd edək ki, “Bavariya” Madrid təmsilçisini səfərdə 2:0 hesabı ilə məğlub edib.