PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi turnirin Liqa mərhələsində keçirdiyi ilk 4 oyunda rəqib qapılarından 20 top keçirib.
Fransa nəhəngi bununla da Çempionlar Liqasının tarixində ilk 4 qarşılaşmada ən çox qol vuran komanda olub.
PSJ ilk turda “Slovan Bratislava”nı 6:1, ikinci turda “Mançester Siti”ni 4:2, üçüncü turda “Barselona”nı 4:2, dördüncü turda isə “Vilyarreal”ı 6:0 hesabı ilə məğlub edib.
Konanda keçirdiyi 4 oyunun hamısında qələbə qazanaraq 12 xal toplayıb və turnir cədvəlində liderliyini davam etdirir.
Qeyd edək ki, parislilər Çempionlar Liqasının Liqa mərhələsinin V turunda noyabrın 25-də doğma meydanda İtaliyanın “Roma” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

https://mail.qelebe.az//uploads/photo/psj-chempionlar-liqasinin-tarixine-dushdu-ilk-4-oyunda-20-qol.webp