“Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Emre Belözoğlunu bu vəzifəyə təyin edib.
Bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
Açıqlamada futbolçu və məşqçi kimi klubun bir parçası olmuş Belözoğlunun yenidən “Fənərbaxça”ya qayıtdığı bildirilib.
“Fənərbaxça” yeni baş məşqçisini “Evə xoş gəldin, Emre Belözoğlu!” sözləri ilə təqdim edib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis daha əvvəl də “Fənərbaxça”nın baş məşqçisi vəzifəsində çalışıb.

https://mail.qelebe.az//uploads/photo/fenerbaxchanin-yeni-bash-meshqchisi-resmen-achiqlandi.webp