Çempionlar Liqası: “Fənərbaxça” İngiltərə nəhəngini qəbul edir – YENİLƏNİR
“Fənərbaxça” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi IV tur çərçivəsində doğma meydanda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
“Chobani” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qarşılaşmanı fransalı FIFA referisi Kleman Turpen idarə edəcək.
“Fənərbaxça” keçirdiyi 3 oyunda 2 xal toplayaraq turnir cədvəlində 31-ci pillədə qərarlaşıb.
“Liverpul” isə əvvəlki oyunlarda maksimum nəticə göstərərək 9 xalla 3-cü sıradadır.
Çempionlar Liqası, Liqa mərhələsi
IV tur
4 noyabr
21:45. “Fənərbaxça” – “Liverpul”
Hakim: Kleman Turpen (Fransa)
“Chobani”, İstanbul

https://mail.qelebe.az//uploads/photo/chempionlar-liqasi-fenerbaxcha-ingiltere-nehengini-qebul-edir-yenilenir.webp