Yamal Mbappenin rekordunu qırdı

Yamal Mbappenin rekordunu qırdı

“Barselona”nın ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixində yeni rekorda imza atıb.

QELEBE.AZ xəbər verir ki, 19 yaşlı vinger turnirin ümumi mərhələsinin IV turunda “Aston Villa” ilə qarşılaşmanın 7-ci dəqiqəsində hesabı açıb.

Bu, Yamalın Çempionlar Liqasındakı 14-cü qolu olub.

Beləliklə, ispaniyalı futbolçu turnir tarixində yeniyetmə yaşında ən çox qol vuran oyunçu adına yiyələnib.

O, bu göstəricidə Kilian Mbappeni geridə qoyub. Fransalı hücumçu yeniyetmə yaşında Çempionlar Liqasında 13 qol vurmuşdu.