Çerçesov Rusiya klubundan ayrıldı - MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİ
Stanislav Çerçesov “Axmat”ın baş məşqçi postundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qroznı təmsilçisi 63 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.
Qeyd edək ki, “Axmat” Rusiya Premyer Liqasında 13 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb. Komanda bütün turnirlər nəzərə alınmaqla ardıcıl 7 oyundur qələbə qazana bilmir.

https://mail.qelebe.az//uploads/photo/cherchesov-rusiya-klubundan-ayrildi-muqavilesine-xitam-verildi.webp