“Qarabağ”ın qələbə həsrəti üç oyuna çatdı - 11 illik antirekord təkrarlandı
Misli Premyer Liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib.
QELEBE.AZ xəbər verir ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə qarşılaşmalarda bir xal qazanan Ağdam təmsilçisi 11 ildən sonra ilk dəfə belə seriya ilə üzləşib.
Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
11 qat ölkə çempionu sonuncu dəfə 2015/16 mövsümünün ilk yarısında ardıcıl üç heç-heçə edib. Həmin vaxt, 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ” (1:1) ilə oyunlarda qeydə alınan nəticələr komandaların hərəsinə bir xal qazandırıb.
Qeyd edək ki, cari mövsümdə komandaların ardıcıl üç heç-heçə etməsi ikinci dəfədir. Bundan əvvəl “Neftçi” də “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdə meydanı heç-heçə ilə tərk edib.

https://mail.qelebe.az//uploads/photo/qarabagin-qelebe-hesreti-uch-oyuna-chatdi-11-illik-antirekord-tekrarlandi.webp