“Araz-Naxçıvan” Premyer Liqada “40”a çatdı
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.
QELEBE.AZ xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb – 2:2.
“Araz-Naxçıvan” Premyer Liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.

https://mail.qelebe.az//uploads/photo/araz-naxchivan-premyer-liqada-40a-chatdi.webp