Bakı 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edəcək
Bakıda 2027-ci il martın 11-14-də idman gimnastikası üzrə alətlər üzrə Dünya Kuboku mərhələsi keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, yarış Dünya Gimnastikasının 2027-ci il üçün təsdiqlənmiş beynəlxalq təqviminə daxil edilib.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda kişi və qadın gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparacaqlar.
Bakı mərhələsi fevralın 25-28-də Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kuboku yarışından sonra təşkil olunacaq.

https://mail.qelebe.az//uploads/photo/baki-2027-ci-ilde-idman-gimnastikasi-uzre-dunya-kuboku-merhelesini-qebul-edecek.webp