II Liqa: "Difai" 3 xalı 3 qolla qazandı
Azərbaycan II Liqasında IX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Difai” öz meydanında “Hypers”lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Ağdaş” isə “Kür-Araz”la 1:1 hesablı heç-heçə edib. Hər iki görüş saat 14:00-da başlayıb.
II Liqa
IX tur
14.00. “Difai” - “Hypers” 3:1
14.00. “Ağdaş” - “Kür-Araz” 1:1

https://mail.qelebe.az//uploads/photo/ii-liqa-quotdifaiquot-3-xali-3-qolla-qazandi.webp