İtaliya klubunda ayrılıq

İtaliya klubunda ayrılıq

“Udineze”də ayrılıq baş verib.

QELEBE.AZ xəbər verir ki, komandanın baş məşqçisi Kosta Runyaiç vəzifəsindən ayrılıb.

İtaliya klubu 55 yaşlı mütəxəssisin istefaya göndərildiyini açıqlayıb. Runyaiç 2024-cü ilin iyul ayından komandaya rəhbərlik edirdi.

Qeyd edək ki, “Udineze” bütün turnirlərdə keçirdiyi son 8 oyunda 7 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə edib.