“Karvan-Yevlax” transfer etdi: 9 günə göndərdi
“Karvan-Yevlax” Nemət Şixamirovla yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, klub müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.
Maraqlıdır ki, tərəflər cəmi bir neçə gün əvvəl – avqustun 26-da rəsmi müqavilə imzalamışdılar.
Qeyd edək ki, Nemət Şixamirov ötən mövsüm “Şimal”ın formasını geyinib.

https://mail.qelebe.az//uploads/photo/karvan-yevlax-transfer-etdi-9-gune-gonderdi.webp