Millimiz toplanışa start verib
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası sentyabrın 3-də Bakıda təlim-məşq toplanışına başlayıb.
QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Sentyabrın 9-dək davam edəcək hazırlıq çərçivəsində u-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.
Görüşlər sentyabrın 6-da, saat 16:00-da və sentyabrın 9-da, saat 11:00-da "Dalğa Arena"nın ehtiyat meydanında keçiriləcək.
| AD | SOYAD | KLUB |
| Əsədli | İradə | Şəfa FK |
| Əhməd | Süməyyə | Ulduz FA |
| Aydan | Abdullayeva | Sabah FK |
| Səmədli | Məryəm | Sabah FK |
| Mirzəliyeva | Şəhanə | Liman UFK |
| Polikarpova | Suel | Neftçi PFK |
| Səlimova | Sara | Neftçi PFK |
| Rəhimova | Xədicə | Neftçi PFK |
| İsmayilova | Zəhra | İmişli PFK |
| Nuruzadə | Məryəm | Ulduz FA |
| Mikayıllı | Dəniz | Səbail PFK |
| Əliyeva | Aylin | Ulduz FA |
| Əlizadə | Xədicə | Sabah FK |
| Qurbanova | Nuray | Ulduz FA |
| Məmmadova | Lamiyə | Şəfa FK |
| Nəsrullayeva | Aydan | Ulduz FA |
| Sarafkhanova | Sabina | FK Krylya Sovetov (Rusiya) |
| Babayeva | Sara | SpVgg Greuther Fürth (Almaniya) |
| Musayeva | Zəhra | Sumqayıt FK |
| Əmirova | Ebru | Ulduz FA |
| Əzizova | Nuray | Neftçi PFK |

https://mail.qelebe.az//uploads/photo/millimiz-toplanisha-start-verib.webp