Talişka BƏƏ klubunda - RƏSMİ
"Fənərbaxça" ilə müqaviləsinə xitam verən Anderson Talişkanın gələcəyinə aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, braziliyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
32 yaşlı futbolçu "Əl-Cəzirə" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 2 illik müqavilə imzalanıb.

https://mail.qelebe.az//uploads/photo/talishka-bee-klubunda-resmi.webp