“Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
“Fənərbaxça” “Konyaspor”un müdafiəçisi Adil Demirbağın transferi üçün danışıqları davam etdirir.
QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubu 28 yaşlı futbolçu üçün ilk rəsmi təklifini göndərib. Lakin “Konyaspor”un Adil Demirbağ üçün gözləntisi 6 milyon avrodur.
“Fənərbaxça”nın ilk təklifinin bu məbləğdən təxminən iki dəfə aşağı olduğu bildirilir. Buna görə də İstanbul təmsilçisi yaxın zamanda ikinci təklifini təqdim edəcək.
Transfer danışıqları çərçivəsində futbolçunun nümayəndələri də klubun ofisinə dəvət olunublar.
Qeyd edək ki, Adil Demirbağ ötən mövsüm “Konyaspor”un heyətində bütün turnirlər üzrə 28 matç keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

https://mail.qelebe.az//uploads/photo/fenerbaxchadan-mudafieye-yeni-hemle-adil-demirbag-uchun-resmi-teklif.webp