Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. İmtahan Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə baş tutacaq.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

https://mail.qelebe.az//uploads/photo/xankendide-kemer-dereceleri-uzre-resmi-imtahan-kechirilecek.webp