PSJ Dueni əldən buraxmaq istəmir

PSJ Dueni əldən buraxmaq istəmir

PSJ hücumçusu Desire Due ilə müqavilənin müddətini uzatmağa yaxındır.

Apasport.az xəbər verir ki, Paris təmsilçisi 20 yaşlı fransalı futbolçu ilə yeni sözləşmə üçün danışıqlarda ciddi irəliləyiş əldə edib.

Tərəflər arasında hazırkı müqavilə 2029-cu ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, PSJ gənc hücumçunu daha uzun müddət komandada saxlamaq niyyətindədir.

Bu isə Due ilə maraqlanan İngiltərə klubları – “Arsenal”, “Çelsi” və “Mançester Siti”nin transfer planlarını çətinləşdirir.

Fransalı futbolçunu 2024-cü ildə heyətinə qatmağa çalışan “Bavariya” da ona marağını qoruyur. Həmin vaxt Due Münhen təmsilçisi əvəzinə PSJ-ni seçmişdi.

Qeyd edək ki, Due Luis Enrikenin rəhbərliyi altında Paris klubunun hücum xəttinin əsas üzvlərindən birinə çevrilib. O, Bredli Barkola ilə rəqabətdən qalib ayrılıb. Nəticədə Barkola ötən yay “Liverpul”a keçib.