Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-pri keçirilib.
QELEBE.AZ xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçu Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xianq Veni məğlub edib.
Finalda isə braziliyalı Gustavo Ruppeli üstələyərək turnirin qızıl medalını qazanıb.

https://mail.qelebe.az//uploads/photo/sabir-zeynalov-muju-qran-prisinin-qalibi-olub.webp