Amil Ağacanov qələbəni şərh etdi: “Futbolçularla fərdi söhbətlər apardıq”
"Qəbələ" Misli Premyer Liqasının IV turunda doğma meydanda "İmişli"ni 2:1 hesabı ilə məğlub edib.
QELEBE.AZ xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:
"Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm".
- "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi?
- Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq.

https://mail.qelebe.az//uploads/photo/amil-agacanov-qelebeni-sherh-etdi-futbolchularla-ferdi-sohbetler-apardiq.webp