Çimərlik voleybolçularımız Avropa çempionatında pley-offa yüksəlib
Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda Azərbaycanın oğlanlardan ibarət komandası bu gün iki oyun keçirib.
İbrahim Məmmədov/Muhamməd Aslanlı dueti əvvəlcə son dünya çempionu Norveç təmsilçiləri ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb – 19:21, 21:14, 15:9.
Voleybolçularımız günün ikinci görüşündə İngiltərə təmsilçiləri ilə qarşılaşıblar. Bu dəfə də rəqib 2:0 hesabı ilə qalib gəlib – 21:14, 21:18.
Buna baxmayaraq, İbrahim Məmmədov/Muhamməd Aslanlı dueti 24-lüyə düşərək pley-off mərhələsinə vəsiqə qazanıb.
33 ölkədən ümumilikdə 40 komandanın iştirak etdiyi çempionatda Azərbaycan cütlüyü sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.

https://mail.qelebe.az//uploads/photo/chimerlik-voleybolchularimiz-avropa-chempionatinda-pley-offa-yukselib.webp