UEFA-dan “Fənərbaxça” futbolçularına cəza - “Roma”matçında iştirak edə biləcək
UEFA “Fənərbaxça”nın futbolçuları Matteo Genduzi və Meyson Qrinvudu cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, buna UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Lion”la keçirilən cavab görüşündən sonra yaşanan hadisələr səbəb olub.
Qərara əsasən, Genduzi 50 min avro cərimə olunub və 4 oyunluq cəza alıb. Lakin bu cəzanın 2 görüşü 1 illik sınaq müddətinə təxirə salınıb.
Qrinvud isə 30 min avro cərimə və 1 oyunluq cəza ilə üzləşib. İngiltərə hücumçunun cəzası da 1 illik sınaq müddətinə şərtləndirilib.
Beləliklə, Qrinvud “Roma” ilə qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, “Fənərbaxça” “Lion”u iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

https://mail.qelebe.az//uploads/photo/uefa-dan-fenerbaxcha-futbolchularina-ceza-romamatchinda-ishtirak-ede-bilecek.webp