Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan "Abşeron" - "Azərreyl" matçından sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırmadan öncə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. Çempionatın maraqlı keçdiyini bildirən qurum rəsmisi Azərbaycan Voleybol Federasiyasına (AVF) təşəkkür edib və uğurlar arzulayıb.

Daha sonra Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç çıxış edib. O, AVF-yə və komandalara uğurlar arzulayıb.

AVF-nin prezidenti Şahin Bağırov da çıxışında azarkeşlərə və voleybolçulara təşəkkür edib. O, yaxşı idmançıların yetişməsinə və bu idman növünün daha da inkişafına çalışacaqlarını söyləyib.

Daha sonra müxtəlif nominasiyalar üzrə seçilmiş volebolçulara fərdi mükafatlar verilib. Ardından komandalara kubok və medallar təqdim olunub. Medalları idmançılara AVF prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev və CEV-in prezidenti Roko Şkiriç təqdim ediblər. Kuboku "Azərreyl" komandasına Çingiz Hüseynzadə verib.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının qalibi adını "Azərreyl" komandası qazanıb. "Abşeron" gümüş, "Milli Aviasiya Akademiyası" isə bürünc medalların sahibi olub.

Foto: Mircavid Eminoğlu

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub