Tərlan Əhmədov: “Harda nəticə versəm də, qəbul olunmur”

Tərlan Əhmədov: “Harda nəticə versəm də, qəbul olunmur”

“Mənim burada qalıb-qalmamağım önəmli deyil. Elə vəziyyətdi ki, harda nəticə versəm də, qəbul olunmur. Nəticə qəbul olunsa da, mən qəbul olunmuram”.

“QELEBE.AZ”un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXVI turunun “Zirə” ilə oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, mövsümün sonunda bütün suallara aydınlıq gələcək: “Bu dəfə də özünüz mövsümün axırında görəcəksiniz. Mən artıq normal, şəraiti olan, nəticə tələb olunan, söz-söhbətsiz, qalmaqalsız, komandada çalışmaq istəyirəm”.

Əhmədov bu oyunda rəqibdən üstün olduqlarını da bildirib: “Maraqlı oyun oldu. Çalışırdıq 3 xal qazanaq. Qalib də gələ bilərdik. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Düşünürəm ki, bu oyunda 2 xal itirən tərəf biz olduq. Penalti epizoduna dəfələrlə baxdıq, mütəxəssislərə də göndərdik. Orda penaltidən söhbət gedə bilməzdi. Artıq neçənci dəfədir haqqımız yeyilir. Sarı vərəqlərə görə bəlkə də birinci yerdə gedirik. Artıq yorulmuşuq. Heç nəyimiz olmadığı halda çalışırıq ki, nəyəsə nail olaq, amma təəssüf ki, bu hal bizə imkan vermir. Bu, şikayət deyil. Komandam əla, baxımlı futbol oynayır. Heç bir şəraitimizin olmadığı halda komanda 21 xal toplayırsa, bu futbolçulara təşəkkür düşür”.

Yerli oyunçulara az şans verilməsi ilə bağlı da danışaq məşqçi qeyd edib ki, bunun üçün onların hazır olmaları lazımdır: “Mən də istəyərəm ki, meydana yerli, gəncəli futbolçuları buraxım. Amma 6 aya oyunçu yetişdirə bilmərəm. Ötən tur Mahir Həsənova şans verdim. Amma biz indi kim güclüdürsə, onu oynatmalıyıq. Mən də istərdim ki, Mahir, Arzu Atakişiyev və digərləri oynasınlar. Bildiyim qədər Mahir Həsənovun U-21 yığmasına dəvət almaq ehtimalı var. Biz də buna çalışırıq”.

Stadiondakı qazonun vəziyyətinə də toxunan mütəxəssis işləri düzgün qurulmadığını vurğulayıb: “Meydançanın vəziyyəti ilə bağlı danışmaq istəmirəm. Mənə aid bir şey deyil. Amma deməliyəm ki, qazona düzgün xidmət göstərilmir. Mənim komandam məşqlərini burda keçmir. Oyundan qabaq bura gəlirik. O qədər problemlərimiz var ki, bu da onlardan biridir.

Təsəvvür edirsiniz, bu komandanın nələri çatışmır?! Komandamın tərcüməçisi yoxdur. Əziyyət çəkirəm. Üç dildə danışıram fikirlərimi futbolçulara çatdırmaq üçün. Elə olur ki, bizim hətta isti suyumuz olmur. Komanda məşqdən sonra gedib evdə yuyunur. Bu problemləri biz klub olaraq yaşayırıq. Amma bununla belə, çalışırıq ki, komandanı Premyer Liqada saxlayaq”.

Futbol
Çempionlar Liqası: Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəlib

Çempionlar Liqası: Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəlib

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Futbol
Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir"

Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir"

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

Futbol
"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq

Futbol
Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb