Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

"Vacib 3 xal qazandıq. Qəbələdə oynamaq asan deyil".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfransında deyib.

Rəqibə Premyer Liqada uğurlar arzulayan 50 yaşlı mütəxəssis görüşdə az qolun vurulmasına toxunub: "Futbol qəribə oyundur. İnsan il boyu özünü sağlam və gümrah hiss edə bilməz. Son iki ayda futbolçuların hansı ağır yükü daşıdığını görmüşük. Ötən mövsümdən sonra bizim istirahət üçün vaxtımız az olub. Çünki biz mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayırdıq. Bizdə milli komandanın oyunçuları da çoxdur. Onların istirahət üçün ümumiyyətlə vaxtı olmayıb. UEFA Avropa Liqasının qrupunadək olan vaxtı bir mövsüm kimi hesablayıram. Burada fiziki gücdən və psixoloji yorğunluqdan söhbət gedir. Bizim 4 komandaya qarşı 8 matçımız olub. Bütün qarşılaşmalar çətin və gərgin keçib. Bu gün bizim çoxlu qol epizodlarımız oldu. Rəqibi də nəzərə almaq lazımdır. 5-10 matçdan sonra da hansısa komandaya qarşı passiv futbol sərgiləyə bilərik. Komanda bu gün qələbə qazanmağı çox istəyirdi. Amma mən oyunçuları çox gözəl başa düşürəm. Eyni tempdə və sürətdə davam etmək asan deyil".

Baş məşqçi İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidindən sonra komandanın hücum xətti barədə danışıb: "Neqativ yanaşmaq lazım deyil. Bizim çox oyunçularımız gedib, amma bu günədək uğurlarımızı qoruyub saxlamağa çalışmışıq. Biz ötən il tək Ramil Şeydayevlə UEFA Konfrans Liqasının qrupuna düşdük. Hücum xəttimizdə Şeydayevlə yanaşı Ovusu Kvabena da var. Məni daha çox Musa Qurbanlıya görə tənqid edirlər. Onu da meydana buraxmağımı istəyirlər. Bu cür halla üzləşməmişdik, transfer pəncərəsinin bitməsinə 2-3 gün qalmış oyunçumuz xarici kluba, tarixi olan komandaya keçdi. Çempionatımızdan hansısa oyunçunun getməsi bu bazara marağı artırır. Biz öz işimizi görməyə çalışırıq. Son bir ayda transfer işlərində aktiv çalışırdıq. Sadəcə, tam istədiklərimizi əldə edə bilmədik. Bu gün matça gələnədək həm oyuna hazırlaşırdıq, həm də transfer məsələləri ilə məşğul olurduq. Son dəqiqələrə kimi oyunçulara baxırdıq, boş durmurduq, amma alınmadı".

Qurbanov buna baxmayaraq UEFA Avropa Liqasının qrup mərhələsinin görüşlərinə ümidlə hazırlaşdıqlarını söyləyib: "Azarkeşlərimizi sevindirmək üçün maksimum çalışırıq. Bu gün neqativ yanaşsaq, futbolçular inamsız ola bilər. Əlimdə olan oyunçulara güvənirəm. Keçən il əlimdə 15-16 futbolçu var idi və onlarla irəlilədim. Düzgün iş görməyə çalışacağıq. İki mövqeyə transfer etmək istəyirdim. Alınmadı. Qışda və ya növbəti yayda alına bilər. Amma düşünürəm ki, Vadjinin keçidi Azərbaycan bazarına digər ölkələrin klublarının marağını daha da yüksəldəcək. Əlimizdəki futbolçularla UEFA Avropa Liqasına iddialı hazırlaşacağıq".

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
"Qarabağ"ın prezidenti: "Krasnodar" Kadi Borgeslə ciddi şəkildə maraqlanır"

"Qarabağ"ın prezidenti: "Krasnodar" Kadi Borgeslə ciddi şəkildə maraqlanır"

Futbol
“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

Futbol
İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

Futbol
“Sevilya” baş məşqçisini istefaya göndərib

“Sevilya” baş məşqçisini istefaya göndərib

Futbol
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

Futbol
"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

"Araz Naxçıvan"ın kapitanı: "Ancaq qələbə qazanmaq haqqında düşünürük"

Futbol
Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq