"Qarabağ"ın prezidenti: "Krasnodar" Kadi Borgeslə ciddi şəkildə maraqlanır"

"Qarabağ"ın prezidenti: "Krasnodar" Kadi Borgeslə ciddi şəkildə maraqlanır"

"2022-ci ili "Qarabağ" üçün çox müsbət dəyərləndirirəm. Düzdür, bütün hədəflərimizə nail olmadıq, amma hesab edirəm ki, komanda öz oyunu ilə xalqı sevgisini qazandı. "Qarabağ" Azərbaycanın cəsarətli ruhuna ilham vermiş klubdur. İnanıram ki, yeni ildə də öz oyunumuzu göstərəcəyik. Klubumuzdan çox razıyam".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" qala mərasimində jurnalistlərə açıqlamasında deyib.

Funksioner 2023-cü ildə ilk hədəf Azərbaycan çempionluğudur: "Bu yolda inamla irəliləyirik. Klubumu çempion kimi görmək istəyirəm. Həmçinin, fevralda Belçika "Gent"inə qarşı keçirəcəyimiz UEFA Konfrans Liqasının pley-off oyunlarında komandadan uğur gözləyirəm. İnanıram ki, bu turnirdə də gözəl nəticələr əldə edəcəyik".

T.Gözəl Kadi Borgeslə Marko Veşoviçin komandadan ayrılacağı ilə bağlı xəbərlərə də toxunub: "Futbolçularımızın dünyanın gündəmində olması bizim üçün sevindiricidir. "Qarabağ" artıq öz adı ilə oyunçuların əcnəbi klublara keçidi üçün bir vasitədə olub. Bu, çox xoş xəbərdir. Rusiya "Krasnodar"ı Kadi ilə çox ciddi maraqlanır. Rəqəmlər barədə məlumatımız var. Maliyyə məsələləri ilə bağlı danışıqlar gedir. Bir futbolçunun öz arzusu olmadan haradasa saxlamaq çox çətindir. Burada şəxsi motivasiya olduqca önəmlidir. Düşünürəm kİ, alınsa, həm klubumuz, həm də Kadi üçün xeyirli olar. Bu, əlavə büdcə deməkdir. Həmin vəsait Qurban müəllimin ixtiyarında olacaq. İstəsə, həmin büdcəni almaq istədiyi futbolçular üçün istifadə edə bilər. Amma danışıqlar davam edir, hələ ortaq məxrəcə gəlməmişik. Veşoviçlə bağlı da eyni sözləri deyə bilərəm".

Klub prezidentinin sözlərinə görə, transfer məsələsi tamamilə baş məşqçi Qurban Qurbanovun nəzarətindədir: "Biz - şirkət rəhbərləri heç vaxt texniki məsələlərə qarışmırıq. Qurban hoca tam səlahiyyətlidir. Hamımız onun arxasındayıq və dəstəkləyirik. Seçdiyi adlara böyük həssaslıqla yanaşırıq".

T.Gözəl Qurbanova təklif gəlməsinə də münasibət bildirib: "Məncə, nə Qurban Qurbanov "Qarabağ"ı, nə də biz onu buraxarıq. Artıq bir ailə olmuşuq. "Qarabağ" Qurban Qurbanovu, Qurban Qurbanov da "Qarabağ"ı yaratdı. İnanıram ki, əməkdaşlığımız uzun illər davam edəcək".

Futbol
Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Futbol
Lui Van Qal məşqçilik karyerasını başa vurub

Lui Van Qal məşqçilik karyerasını başa vurub

Futbol
Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Futbol
“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"