Ülvi İsgəndərovdan yubiley – 200-cü oyununu keçirdi
“Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov üçün Misli Premyer Liqasının XI turu əlamətdar olub.
QELEBE.AZ xəbər verir ki, 28 yaşlı hücumçu “Şəfa” ilə səfər görüşündə (2:2) Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü matçına çıxıb.
İsgəndərov bu oyunlarda 25 qol vurub. 2017/18 mövsümündə debüt edən futbolçu üç klubun formasını geyinib. O, “Sumqayıt”da 18 oyunda 3, “Qəbələ”də 118 matçda 17, “Araz-Naxçıvan”da isə 64 görüşdə 5 qol vurub.
Qeyd edək ki, Ülvi İsgəndərov Azərbaycan çempionatının yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçu olub.

https://mail.qelebe.az//uploads/photo/ulvi-isgenderovdan-yubiley-200-cu-oyununu-kechirdi.webp