PFL-dən “Zəfər Günü” süjeti - “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” - VİDEO

PFL-dən “Zəfər Günü” süjeti - “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” - VİDEO

Peşəkar Futbol Liqası 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı Araz Balayev haqqında xüsusi süjet hazırlayıb.

QELEBE.AZ xəbər verir ki, süjetdə Qubadlıda qələbə sevincini futbol oynayaraq qeyd edən Araz həmin günlərlə bağlı xatirələrini bölüşüb.

O, Vətən müharibəsi zamanı futbolun döyüşün ağır günlərində yorğunluğu unutmaq, ruh yüksəkliyini qorumaq və qələbəyə inamı yaşatmaq üçün necə bir vasitəyə çevrildiyindən danışıb.

Qubadlıda futbol meydançasında yaşanan həmin sevinc Araz Balayevin yaddaşında Zəfərə gedən yolun unudulmaz anlarından biri kimi qalıb.