Azərbaycan gimnastika tarixində ilk – bacı-qardaşdan gümüş medal

Azərbaycan gimnastika tarixində ilk – bacı-qardaşdan gümüş medal

Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov Dünya çempionatının gümüş medalına sahib olublar.

Apasport.az xəbər verir ki, bacı-qardaş tandemi Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qarışıq sinxron proqramda uğur qazanıb.

Onlar final mərhələsində 52,010 xal toplayaraq ikinci yeri tutublar. Bununla da Selcan və Maqsud Mahsudovlar bu proqramda dünya çempionatının gümüş medalını qazanan ilk azərbaycanlı gimnastlar kimi tarixə düşüblər.

Qeyd edək ki, finalda Belarus təmsilçiləri qızıl, Yaponiya gimnastları isə bürünc medal qazanıblar. Azərbaycan idmançıları dünya çempionatında digər proqramlarda da mübarizəni davam etdirirlər.