“Qarabağ”ın 15 futbolçusu milli komandalara çağırıldı

“Qarabağ”ın 15 futbolçusu milli komandalara çağırıldı

“Qarabağ”ın 15 futbolçusu milli komandaların noyabr ayında keçiriləcək oyunları üçün dəvət alıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin yeddi legioneri müxtəlif ölkələrin əsas milli komandalarının heyətinə çağırılıb.

Marko Yankoviç Monteneqro, Bense Varkonyi Macarıstan, Martin Zlomisliç Bosniya və Herseqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik, Aleksey Kaşuk Ukrayna, Reda Xadra isə Livan millisindən dəvət alıb.

Diqqətçəkən məqam Aleksey Kaşukun karyerasında ilk dəfə Ukraynanın əsas milli komandasına çağırılmasıdır.

“Qarabağ”ın azərbaycanlı futbolçuları da milli komandaların düşərgəsinə dəvət olunublar. Bədavi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev əsas yığmanın heyətinə çağırılıb.

Gənc futbolçulardan Teymur Həsənov Azərbaycanın U-21, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı isə U-20 millisinin sərəncamına yollanacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi noyabrda iki qarşılaşma keçirəcək. Yığmamız UEFA Millətlər Liqası çərçivəsində noyabrın 11-də səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoldaşlıq görüşündə Andorra ilə üz-üzə gələcək.