Azərbaycan üzgüçüləri Belarusda 2 medal qazanıb
Azərbaycan milli komandası Belarusda keçirilən Açıq Üzgüçülük turnirinin ilk yarış günündə iki medal əldə edib.
QELEBE.AZ xəbər verir ki, Anastasiya Qnusina 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 17:22.09 nəticə ilə gümüş medala sahib çıxıb.
Fatimə Alkərəmova isə 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 2:18.01 nəticə göstərərək bürünc medal qazanıb.
Bununla yanaşı, Fatimə Alkərəmova və Abdürrəhman Rüstəmov Azərbaycan rekordunu yeniləyiblər. Alkərəmova 200 metr məsafəyə qarışıq üsulla üzmədə, Rüstəmov isə 50 metr məsafəyə sərbəst üsulla üzmədə 22.91 saniyə nəticə ilə rekorda imza atıb.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-uzguchuleri-belarusda-2-medal-qazanib.webp
