“Turan Tovuz”un müdafiəçisi Moldova millisinə dəvət alıb

“Turan Tovuz”un müdafiəçisi Moldova millisinə dəvət alıb

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının C Liqası çərçivəsində noyabr ayında keçiriləcək oyunlar üçün açıqlanan heyətdə yer alıb.

Moldova millisi noyabrın 13-də doğma meydanda Qazaxıstanı, noyabrın 16-da isə səfərdə Farer adalarını qəbul edəcək.