Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
QELEBE.AZ xəbər verir ki, türkiyəli basketbolçu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Finiks Sans”a 99:102 hesabı ilə məğlub olub.
Şengün qarşılaşmada 15 xal, 6 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Hyuston”un heyətində Kevin Durant 21 xalla komandasının ən məhsuldar oyunçusu olub. Meydan sahiblərində isə Devin Buker 24 xal toplayıb.
Bu, “Hyuston Rokets”in mövsümdə üçüncü, ardıcıl ikinci məğlubiyyəti olub.
NBA-da gecənin digər nəticələri:
“İndiana Peysers” – “Denver Naqqets” 102:114
“Atlanta Houks” – “Bruklin Nets” 124:121
“Klivlend Kavalyers” – “Nyu-York Niks” 97:109
“Oklahoma-Siti Tander” – “Vaşinqton Uizards” 114:75
“Qolden Steyt Uorriors” – “Orlando Mecik” 126:119
“Finiks Sans” – “Hyuston Rokets” 102:99
“Portlend Treyl Bleyzers” – “San-Antonio Spörs” 103:125

https://mail.qelebe.az//uploads/photo/alperen-shengunden-15-xal-quothyustonquotdan-meglubiyyet-nba-da-gunun-neticeleri.webp