Azərbaycan idmançıları Batumidə 2 medal qazanıb

Azərbaycan idmançıları Batumidə 2 medal qazanıb

Azərbaycan kayak və kanoeçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq reqatada iki medal qazanıblar.

QELEBE.AZ xəbər verir ki, noyabrın 7-də kayak və kanoe üzrə beynəlxalq super sprint reqatasına yekun vurulub.

100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü, Amil Ramazanov isə kayak qayığında ikinci keçib.

Beləliklə, idmançılarımız yarışı 1 gümüş və 1 bürünc medalla başa vurublar.