Baş məşqçi: Yanğın və xilasetmə üzrə dünya çempionatında idmançılarımızdan yüksək nəticə gözləyirik
Azərbaycanın yanğın və xilasetmə idmanı üzrə kişilərdən ibarət yığma komandası bir ilə yaxındır təlim-məşq toplanışlarında iştirak edir.
APA xəbər verir ki, bunu Azərbayacan yığma komandasının baş məşqçisi Orxan Mustafayev Bakıda keçirilən kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimində jurnalistlərə açıqlaması zamanı bildirib.
Orxan Mustafayev deyib ki, Azərbaycan ilk dəfədir bu yarışa rəhbərlik edir.
O qeyd edib ki, Azərbaycanda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün çox böyük təcrübədir: "Komandamız ruh yüksəkliyi ilə bu yarışa hazırlaşıb. İdmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. Təşkilatçı ölkə olduğumuz üçün üzərimizə böyük məsuliyyət düşür. Bu idman 4 növdən ibarətdir. Bu gün artıq yarışlar başlayıb. Ümumiyyətlə, dünya çempionatlarında və beynəlxalq turnirlərdə komandamız çox iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növü üzrə komandamız üçüncü yerə çıxıb. Ümidimiz var ki, həmin nəticə və ondan da yüksək nəticə ölkəmizdə, paytaxtımızda əldə olunacaq".

https://mail.qelebe.az//uploads/photo/bash-meshqchi-yangin-ve-xilasetme-uzre-dunya-chempionatinda-idmanchilarimizdan-yuksek-netice-gozleyirik.webp











