Fonseka “Lion”dan ayrıldı - YENİ İŞ YERİ BƏLLİ OLDU
Fransanın “Lion” klubunda baş məşqçi dəyişikliyi baş verib.
QELEBE.AZ xəbər verir ki, komanda Paulo Fonseka ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Fonsekanın yeni iş yeri də müəyyənləşib. O, bundan sonra Portuqaliyanın “Sportinq” klubuna rəhbərlik edəcək. Məlumata görə, Draqao təmsilçisi mütəxəssisin müqaviləsinin ləğvi üçün “Lion”a 5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 2025-ci ilin yanvarından “Lion”a rəhbərlik edən Fonseka komandanın başında 83 oyuna çıxıb. O, daha əvvəl “Milan”, “Lill”, “Roma”, “Şaxtyor” və “Braqa” klublarında da çalışıb.

https://mail.qelebe.az//uploads/photo/fonseka-liondan-ayrildi-yeni-ish-yeri-belli-oldu.webp