Konfrans Liqası: "Qarabağ" "Gent"lə oyunda hesabı açıb - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Gent"lə oyunda hesabı açıb - VİDEO

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb. 

"QELEBE.AZ"un məlumatına görə, 78-ci dəqiqədə "köhlən atlar"ın yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib. 

22:57

"Qarabağ" Bakıda Belçikanın "Gent" klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda penaltidən yararlana bilməyib. 

"QELEBE.AZ"un məlumatına görə, 51-ci dəqiqədə Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini boşa verib. 

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.



22:48

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.  

"QELEBE.AZ"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb. 

22:32

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. 

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

21:45

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb. 

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb. 

Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Bundan əlavə, futbolçular meydana "yanınızdayız" pankartı ilə çıxıblar. 

Görüşü Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.

20:20

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçika "Gent"inin start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr

Baş məşqçi: Heyn Vanhazebruk

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

İngiltərə çempionatının oyunları II Elizabetin ölümünə görə təxirə salınıb

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

Futbol
AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək