Ruslan Lunyov: "Avropa çempionatında mübarizə aparmaq bir az çətin idi"

Ruslan Lunyov: "Avropa çempionatında mübarizə aparmaq bir az çətin idi"

Fransanın Şatoru şəhərində keçirilmiş atıcılıq üzrə Avropa çempionatında mübarizə aparmaq çətin olub.

Bu barədə "QELEBE.AZ"a turnirdə gümüş medal qazanan Azərbaycan təmsilçisi Ruslan Lunyov açıqlama verib.

25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında fəxri kürsünün ikinci pilləsinə qalxan 36 yaşlı idmançı əvvəlki qitə çempionatlarından da mükafatsız qayıtmadığını xatırladıb:

"2019-cu ildə qızıl, 2021-ci ildə bürünc, 2022 və 2024-cü ildə gümüş medal əldə etmişəm. Bu növ üzrə Avropa çempionatlarından nəticəsiz qayıtmıram. Bu dəfə mübarizə aparmaq bir az çətin idi. Açığı, daha yaxşı nəticə göstərə bilərdim. Sadəcə, əlimdə problem oldu. Ona görə sonuncu atışları yaxşı yerinə yetirə bilmədim".

Qeyd edək ki, Ruslan Lunyov yarışın 6 raundu üzrə ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb. Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb