Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çəkisini 73 kq-dan 81 kq-a dəyişməsinin səbəbi bəlli olub.

Federasiyanın baş katibi Rəşad Rəsullu "Report"a müsahibəsində bunun idmançının yaşı ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, Rio olimpiadasının gümüş mükafatçısının yaşı artıq 30-u keçib və bu halda çəkini 73 kq-da saxlamaq çox çətindir: "Rüstəmin çəkisini dəyişməsi rəqabətlə əlaqədar deyil. Məgər, 81 kq-da rəqabət aşağıdır ki? Orucov uzun illərdir 73 kq-da çıxış edir. Hazırda onun çəkisi 83 kq-dır. Hər yarışdan öncə nə qədər çəki salır. Bu isə kifayət qədər enerji itkisi deməkdir. Əvvəllər çəkisi maksimum 78-79 kq olurdu. Biri var çəkini 5 kq azaldasan, biri də var 10 kq. Yaş artdıqca, bunu etmək o qədər də asan olmur. Çəkini salandan sonra bərpa prosesi də sürətlə getmir. Bu qədər çəki salmaq onun çıxışına mənfi təsir göstərirdi".

Rəsullu bildirib ki, Orucov özünü 81 kq-da sınamaq istəyir: "Məşqçilər heyəti onunla danışıb. Bizim üçün çox dəyərli idmançıdır. Bu cür titullu və təcrübəli cüdoçunun yığmada qalması bizi çox məmnun etdi. Komandanın kapitanıdır. Orucova 81 kq-da şans veriləcək. Amma özünü doğrulda bilməsə, ondan sonra digər mərhələlər müzakirə olunacaq. Bu il özünü sınayacaq, çox iddialıdır".

Baş katib Rüstəm kimi idmançı ilə rəqabətin Səid Mollayi üçün də yaxşı olacağını vurğulayıb: "Bu çəkidə Elcan Hacıyev, Zelim Tçkayev kimi potensiallı cüdoçularımız da var. Rüstəm kimi idmançının da bu çəkidə mübarizə aparması rəqabəti artıracaq".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

"Nant"ın prezidenti: "Qarabağ"la ev oyununda sehrli hadisələr baş verdi"

Fərdi
Günay Məmmədzadə Çində mübarizə aparacaq

Günay Məmmədzadə Çində mübarizə aparacaq

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib