"Neftçi" "Qarabağ"la matç üçün azarkeşlərinə müraciət edib

"Neftçi" "Qarabağ"la matç üçün azarkeşlərinə müraciət edib

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasını yerindən izləmək istəyən “Neftçi” azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb.

Apasport.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidməti bununla bağlı məlumat yayıb:

"21,22 və 23-cü sektorlara daxil olmaq istəyən “Neftçi” azarkeşlərindən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın “B” girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-yə yaxın “Neftçi” könüllüsü azarkeşlərimizin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək. Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun “B” girişində biletin səni gözləyir!

Matçı 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün isə biletlərin əldə edilməsi prosesi “Palms Sports Arena”nın kassalarında davam edir. Oyun günü saat 17.00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını həyata keçirəcək. Tribunada yerini al, 90 illiyimizdə yanımızda ol!".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu sabah keçiriləcək və görüşə 19:00-da start veriləcək.

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

“Sumqayıt” 26 illik antirekordu təkrarlayıb

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
Çempionlar Liqası: Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəlib

Çempionlar Liqası: Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəlib

Futbol
Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Futbol
"Qalatasaray" tanınmış hücumçunu transfer edib

"Qalatasaray" tanınmış hücumçunu transfer edib

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb