"Turan Tovuz"un futbolçusu Premyer Liqada mövsümün antirekorduna imza atıb

"Turan Tovuz"un futbolçusu Premyer Liqada mövsümün antirekorduna imza atıb

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Azərbaycan Premyer Liqasında mövsümün antirekorduna imza atıb.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi buna "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları XIX turun matçında nail olub.

9-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılan Hacıyev çempionatda ən erkən meydandan qovulan oyunçudur.

Bunadək ən erkən qırmızı vərəqə VI turun “Zirə” – “Sumqayıt” oyununda (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə paytaxt təmsilçisini azlıqda qoymuşdu.

Faiq Hacıyev həm də Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə görən azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.

Ümumilikdə isə Hacıyev PFL bayrağı altında təşkil olunan Premyer Liqada 3-cü ən erkən qırmızı vərəqənin müəllifidir. 2017/2018 mövsümündə iki legioner daha tez meydandan kənarlaşdırılıb.

“Kəpəz”in keçmiş üzvü Dedimar Fereyra 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci, “Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) 9-cu dəqiqədə belə ağır cəza alıb. Ən erkən üç qırmızı vərəqənin hamısı Gəncə klubunun iştirak etdiyi görüşlərə təsadüf edib.

Futbol
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Futbol
Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
Şahin Diniyev: “Legiya”nın bizə qalib gələ bilməməsi polşalıları qıcıqlandırır” - MÜSAHİBƏ

Şahin Diniyev: “Legiya”nın bizə qalib gələ bilməməsi polşalıları qıcıqlandırır” - MÜSAHİBƏ

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb