Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO

Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO

Portuqaliya millisi Kriştianu Ronaldu ilə vidalaşıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Portuqaliya millisinin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda 41 yaşlı futbolçuya təşəkkür olunub:

“Əbədi xatırlanacaq bir hekayə. Hər şey üçün təşəkkürlər, kapitan!”

Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi olub.