Ağdamda “Zəfər naminə – Birlik Kuboku” mini futbol turniri keçirilir - FOTO
Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər naminə – Birlik Kuboku” adlı mini futbol turniri keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, turnirdə Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən ümumilikdə 8 komanda – “Ağdam”, “Füzuli”, “Xocavənd”, “Mübariz”, “İmarət”, “Ağdam Təhsil”, “Zəfər Bağları” MMC və “Agro-Lid” MMC iştirak edir.
İki gün davam edən yarışda komandalar arasında maraqlı və gərgin idman mübarizəsi gedir.
Turnirin keçirilməsində məqsəd Zəfər Gününün ruhuna uyğun olaraq birlik və həmrəyliyin təşviqi, müəssisə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.

https://mail.qelebe.az//uploads/photo/agdamda-zefer-namine-birlik-kuboku-mini-futbol-turniri-kechirilir-foto.webp











