Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Azərbaycanın cüdo millisi Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən noyabrın 13-dən 15-dək Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər.
QELEBE.AZ xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışda Azərbaycan 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Təmsilçilərimiz 9 çəki dərəcəsində mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) tatamiyə çıxacaq.
Qadınlardan ibarət yarışda Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qüvvələrini sınayacaqlar.
Kişilər arasında isə Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) qalib olmağa çalışacaqlar.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-cudochulari-zaqrebde-qran-pri-turnirinde-ishtirak-edecekler.webp