Emin Əmrullayev: “Növbəti mövsüm 10 və ya 12 komandadan ibarət çempionat planlaşdırırıq”

Emin Əmrullayev: “Növbəti mövsüm 10 və ya 12 komandadan ibarət çempionat planlaşdırırıq”

“Növbəti mövsüm 10 və ya 12 komandadan ibarət çempionat planlaşdırırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev “Sabah” və “Gəncə” komandaları arasında keçirilən çempionatın final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri Azərbaycan Basketbol Liqasında daha çox klubun iştirakına çalışdıqlarını bildirib: “Bir çox futbol klubları tərəfindən də maraq var. Bəziləri növbəti ildə, bəziləri isə bir il sonra basketbol komandası formalaşdırmaq istəyir. Klubların istəyi bizim cəlb edə biləcəyimiz saydan daha çoxdur. Basketbolun coğrafiyasının genişlənməsində maraqlıyıq. Azərbaycanın digər bölgələrində də basketbolun olmasını istəyirik. İnanırıq ki, əldə olunan nailiyyətlər daha çox sponsor cəlb etməyimizə imkan verəcək. Belədə klublara olan dəstəyin həcmi artacaq”.

Onun sözlərinə görə, komanda sayının artması legioner limitinin dəyişməsinə də səbəb olacaq: “Klubların sayının artması legioner limitinin 4+1 olmaq ehtimalını artır. Yerli oyunçuların sayı hələ o qədər çox deyil. Hazırda klub sayının artması yönündə çalışırıq”.

E.Əmrullayev “Sabah”ın “Gəncə”ni 86:85 hesabı ilə məğlub edərək çempion olduğu həlledici oyunla bağlı düşüncələrini də bölüşüb: “Çox maraqlı oyun oldu. Basketbol həvəskarları matça böyük həvəslə baxdılar, zövq aldılar. Əvvəlcədən də düşünürdük ki, final 5 görüşdən ibarət olsa, basketbolun ölkədə populyarlaşması baxımından daha maraqlı alınar. Oyunda həm həyəcan, həm drammatiklik var idi. Qalib komandanı təbrik edirəm. Ancaq fikrimcə, ən böyük qalib Azərbaycan basketbolu oldu. Növbəti mövsümlərdə daha maraqlı çempionat izləyəcəyimizə ümid edirəm”.

ABF prezidenti Azərbaycan klublarının avrokuboklarda iştirakına çalışdıqlarını sözlərinə əlavə edib: “Avrokuboklarda iştirakla bağlı hansısa tələblər ola bilər. İndiki mərhələdə əsas problemimiz lisenziya ilə bağlı deyil. Azərbaycan uzun fasilədən sonra Avropa arenasına qayıdacaq. Bu, danışıqlarımızdan asılı olacaq. Həm biz federasiya olaraq, həm də bəzi klublar avrokuboklarda iştirak etmək niyyətindədirlər. Yenə də iyulun sonlarına yaxın bunu daha dəqiq biləcəyik. Bu, bizdən asılı məsələ deyil. Amma reallaşacağına inanırıq. Yeganə zəruri şərt FIBA ilə olan danışıqlardır. Danışıqlara hələ başlamamışıq. Amma avrokuboklarda iştirak üçün elə ciddi maneə də görmürük”.

Emin Əmrullayev milli komanda ilə bağlı planlarından da söz açıb: “Kişilərdən ibarət Azərbaycan millisi C divizionunda çıxış edir. Növbəti mövsümdən ənənəvi seçmə turnirlərə qatılmağı düşünürük. İlkin kvalifikasiya mərhələsində oynaya bilərik. Bu, FIBA ilə noyabrda aparılacaq danışıqlardan asılı olacaq. Təsnifat mərhələlərində qalib olsaq, ənənəvi turnirə qatılacağıq. Əks təqdirdə, yəqin ki, növbəti il də C divizionunda oynayacağıq. Bu, dəqiqləşəndən sonra milli komandanın baş məşqçisi məsələsi ilə bağlı qərar da verəcəyik. Hazırda müzakirə mövzusu deyil. Yerli məşqçilərin və seleksiyaçıların daimi nəzarəti var. Ayrı-ayrı milli oyunçuları və namizədlərlə bağlı statistika toplanır. Yığmanın vaxtı çatanda bununla bağlı qərar statistikalara uyğun veriləcək”.

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar