Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLIII Baş Assambleyası keçirilib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report"a verilən məlumata görə, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça və CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi Assambleyaya 52 yerli federasiyanın nümayəndələri qatılıb. Yığıncaqda Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri də iştirak ediblər.

Baş Assambleyada ölkə CEV İdarə heyətinin üzvü, AVF-nin vitse-prezidenti Cəlil Cəfərov və baş katib Fərid Xəlilov ilə təmsil olunub.

Boriçiç iştirakçıları salamlayıb və Arnhem şəhərində baş tutan Assambleyanın Avropa voleybol ailəsinin son nailiyyətlərindən biri olduğunu qbildirib. FIVB ilə çox sıx və məhsuldar əməkdaşlıqdan danışan funksioner pandemiyanın yaratdığı fasilədən sonra keçirilən yarışlardan söz açıb. O, 2018-ci ildən idmançılar üçün yarışlarda pul mükafatını artırdıqlarını və illik büdcələrini 21 milyon avroya çatdırdıqlarını vurğulayıb.

Ari Qraça isə dünyada milli federasiyalara göstərilən dəstəyi qeyd edib: "Biz hamımız son bir neçə il ərzində voleybolun nə qədər inkişaf etdiyini görürük. Ancaq bu idman növü daha da böyüməlidir. Ona görə də hər dəfə yaxşı ideya görəndə və ya müsbət görüş keçirəndə həmin fikirləri ölkənizə aparın. Hər kəsə göstərin ki, voleybolun inkişafı üçün nə qədər güclü plan qurularsa, o qədər yüksək nəticələr əldə olunar. Çalışmalıyıq ki, cənab Boriçiçin rəhbərliyi altında Avropada qazanılan uğurları digər ölkələr də əldə etsin".

Qeyd edək ki, Niderlandda təşkil olunan Avropa Voleybol Konfederasiyasının XLIII Baş Assambleyasının ardınca 23 - 25 sentyabrda Beynəlxalq Voleybol Federasiyasının Konqresi baş tutacaq.

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib